SON DƏQİQƏ

Sumqayıtda zavodda partlayış olub- Ölən var

Tarix:

5-05-2022, 11:06

/ 2 005 dəfə oxundu.
Sumqayıtda zavodda partlayış olub- Ölən var

Sumqayıtda zavodda partlayış olub.

Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, mayın 4-ü saat 15 radələrində Sumqayıt şəhərində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Sərxan Hümmətov zavodda qaynaq işləri görərəkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və çatdırıldığı xəstəxanada ölüb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər