
Ucarda altı nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə bu gün axşam saatlarında rayonun Heydər Əliyev prospektində baş verib.
Ucar rayon sakini, 2002-ci il təvəllüdlü Mirabdulla Rüstəmovun idarə etdiyi "VAZ-21099" markalı minik avtomobili ilə rayonun Alpout kənd sakini, 2002-ci il təvəllüdlü Kənan Zeynalovun idarə etdiyi "Opel" markalı maşını toqquşub. Toqquşmadan sonra idarəetmədən çıxan avtomobillər yol kənarında olan 2 piyadanı da vurub. Nəticədə sürücülər – M. Rüstəmov, K. Zeynalov, daha 2 sərnişin və 2 piyada xəsarət alıb.
Baba Atayevin dediyinə görə ona məxsus "VAZ 21099" markalı minik maşınını nəvəsi M. Rüstəmov qaçırıb.
"Nəvəmin sürücülük vəsiqəsi olmadığına görə avtomobili ona idarə etməyə vermirdim. Xəbərim olmayıb, açarı götürüb, maşını sürmək üçün şəhərə çıxıb və məlum hadisə baş verib”, - B.Atayev deyib.
Faktla bağlı araşdırma aparılır.