SON DƏQİQƏ

Bakıda ərəblər arasında kütləvi dava

Tarix:

29-01-2022, 12:01

/ 1 436 dəfə oxundu.
Bakıda ərəblər arasında kütləvi dava

Paytaxtın Nizami rayonunda guya gecə klubunda ərəb turistlərlə ölkə vətəndaşları arasında kütləvi davanın baş verməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, insident ölkəmizə turist kimi gələn 4 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı arasında baş verib.

"Onlar arasında mübahisə isə gecə klubunda yox, obyektdən kənarda baş verib. Mübahisə zamanı həmin şəxslər bir-birilərinə fiziki zor tətbiq etməyiblər. Hadisə zamanı xidmətdə olan olan Nizami RPİ-nin əməkdaşları onları ərazi üzrə 25-ci Polis Şöbəsinə dəvət ediblər. Şöbədə tərcüməçinin iştirakı ilə onların izahatları alınıb və turistlər bir-birilərindən şikayət etmədikləri bildiriblər. İzahatları alınandan sonra isə həmin şəxslər sərbəst buraxılıblar", - deyə məlumatda bildirlib

скачать dle 12.1

Şərhlər