SON DƏQİQƏ
» » Tovuzda ağır qəza olub- Ölən və yaralanan var

Tovuzda ağır qəza olub- Ölən və yaralanan var

Tarix:

15-11-2021, 10:12

/ 1 401 dəfə oxundu.
Tovuzda ağır qəza olub- Ölən və yaralanan var

Tovuzda 1 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Dönük Qırıqlı kəndində baş verib.

Belə ki, VAZ-21011 və VAZ-2107 markalı minik avtomobilləri toqquşub və nəticədə 1962-ci il təvəllüdlü Hüseyn Zeynalov dünyasını dəyişib.

Qəzada həmçinin 1998-ci il təvəllüdlü Aslanova Ayşə Vidadi qızı, 1991-ci il təvəllüdlü Alıyev Sabir Məzahir oğlu, 1963-cü il təvəllüdlü Məmmədova Rəna İdris qızı, 1992-ci il təvəllüdlü Həsənov Əmrah Şəhadət oğlu, 1972-ci il təvəllüdlü Məmmədov Siyavuş Aslan oğlu və 1997-ci il təvəllüdlü Əliyev Fəzail Məzahir oğlu yaralanıblar.

Yaralıların bir qismi Tovuz rayon Mərkəzi Xəstəxanasına, bəziləri isə Gəncə şəhərinə gətirilib.

скачать dle 12.1

Şərhlər