SON DƏQİQƏ

Lənkəranda 61 yaşlı kişini qatar vurub

Tarix:

1-11-2021, 22:18

/ 1 442 dəfə oxundu.
Lənkəranda 61 yaşlı kişini qatar vurub

Lənkəran rayonunda 61 yaşlı kişi qatarın altında qalaraq ölüb.

"Report” xəbər verir ki, hadisə Lənkəran dəmiryolu stansiyasından təxminən 300 metr aralıda baş verib.

 

Belə ki, Lənkəran şəhər sakini, 1960-cı il təvəllüdlü Həsənov Vəfadar Hüseyn oğlu naməlum şəraitdə qatarın altında qalıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları və prokurorluq əməkdaşları baxış keçirdikdən sonra meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


скачать dle 12.1

Şərhlər