SON DƏQİQƏ

Erməni terrorçu dəstəsinin komandiri Yerevanda həbs olundu

Tarix:15-09-2021, 08:56 Oxunub:2 315

Qarabağda bütün hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanatın imzalanmasından təqribən 1 ay sonra - 2020-ci ilin dekabrında Hadrut bölgəsində Çaylaqqala və Köhnə Tağlar kəndlərinə qanunsuz sızaraq orada mövqe tutmuş bir qrup erməni hərbçinin komandiri Arsen Kazaryan həbs olunub.
"Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. 
Kazaryana qarşı döyüş xidməti qaydalarının pozulması, xidmətdə səhlənkarlıq, döyüş meydanını icazəsiz tərk etmə, hərbi xidmətdən icazəsiz yayınma və rüşvət alma maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.
Qeyd edək ki, birgə bəyanatdan bir ay sonra işğaldan azad olunmuş Xocavənd rayonu ərazisində Azərbaycanın müvafiq qurumları tərəfindən aparılan anti-terror əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin diversiya-təxribat fəaliyyəti qeyd olunaraq, 62 nəfərdən ibarət erməni diversiya qrupu saxlanılıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<