SON DƏQİQƏ
» » Gədəbəydə maşın dərəyə aşdı: 8 nəfər yaralandı

Gədəbəydə maşın dərəyə aşdı: 8 nəfər yaralandı

Tarix:

9-08-2021, 23:03

/ 1 483 dəfə oxundu.
Gədəbəydə maşın dərəyə aşdı: 8 nəfər yaralandı

Gədəbəydə yol qəzası baş verib.

GunAz.az-ın Report-a istinadən məlumatına görə, hadisə Saratovka kəndində qeydə alınıb. İlkin məlumata görə, avtomobilin dərəyə aşması nəticəsində azı 6 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Onların arasında vəziyyəti ağır olanlar da var.

Faktla bağlı araşdırma aparılır.

***

Gədəbəy rayonunun Saratovka kəndində avtomobilin aşması nəticəsində xəsarət alanların sayı artıb.

"Toyota Prado" markalı avtomobilin aşması nəticəsində xəsarət alanların sayı 8 nəfərə çatıb. Yaralılar Aysel Vüqar qızı Musazadə (2008-ci il təvəllüdlü), Aytəkin Həsən qızı Məmmədova (1987-ci il təvəllüdü), Çiçək İsmayıl qızı Həsənova (1964), Leyla Vüqar qızı Musazadə (2008), Samirə Qəzənfər qızı Əsgərzadə (1987), Vəfa Qəzənfər qızı Musayeva (1988), Fatimə Vüsal qızı Musazadə (2009), Camal Vüsal oğlu Musayevdir (2018).

Onlardan vəziyyəti ağır olanlar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ