SON DƏQİQƏ
» » Türkiyədə daha bir ağır qəza-ölənlər və yaralılar var

Türkiyədə daha bir ağır qəza-ölənlər və yaralılar var

Tarix:

9-08-2021, 08:32

/ 3 518 dəfə oxundu.
Türkiyədə daha bir ağır qəza-ölənlər və yaralılar var

Türkiyənin İzmir vilayətində mikroavtobusun dərəyə aşması nəticəsində altı nəfər həlak olub.

Avromedia.az xəbər verir ki, qəza zamanı 11 nəfər müxtəlif bədən xəsarətləri alıb. Hadisə vilayətin Kamalpaşa rayonu ərazisində baş verib. Yaralılar bölgədəki xəstəxanalara yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bundan öncə Balıkəsir-Edremit yolunda avtobusun dərəyə aşması nəticəsində 14 nəfər həlak olmuş, 18 nəfər isə xəsarət almışdı.


скачать dle 12.1

Şərhlər