SON DƏQİQƏ

Qazax sakinində narkotik aşkarlandı - DİN

Tarix:

12-07-2021, 21:06

/ 1 494 dəfə oxundu.
Qazax sakinində narkotik aşkarlandı - DİN

Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini, İlham Əsgərov rayon ərazisində saxlanılaraq, polis şöbəsinə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan torbada, narkotik vasitə olan "marixuana” aşkar edilərək götürülüb. Götürülən maddi sübut ekspertizaya təqdim edilib.

Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ