SON DƏQİQƏ
» » Füzulidə kasetli bomba partladı- Xəsarət alan var

Füzulidə kasetli bomba partladı- Xəsarət alan var

Tarix:

12-07-2021, 12:51

/ 3 801 dəfə oxundu.
Füzulidə kasetli bomba partladı- Xəsarət alan var

İyulun 12-də saat 11 radələrində 1 nəfər şəxsin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Füzuli Rayon Prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla Körpü-Bina-Tikinti MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Elşən Eyvaz oğlu Xəlilovun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsi zamanı Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ