SON DƏQİQƏ
» » Laçında hadisə- İKİ HƏRBİÇİMİZ HƏLAK OLDU

Laçında hadisə- İKİ HƏRBİÇİMİZ HƏLAK OLDU

Tarix:

28-06-2021, 19:44

/ 4 180 dəfə oxundu.
Laçında hadisə- İKİ HƏRBİÇİMİZ HƏLAK OLDU

İyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Müdafiə Nazirliyindən bildirilib ki, "KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Coşqun Çingiz oğlu Zeynallı və əsgər Orxan Elxan oğlu Rəhimli həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ