SON DƏQİQƏ

Qubada güclü külək kəndləri işıqsız qoydu

Tarix:17-06-2021, 22:38 Oxunub:1 239

Qubada güclü külək elektrik enerjisinin verilişində fasilələrə səbəb olub.

GunAz.az-ın Report-a istinadən verdiyi məlumata görə, rayon ərazisində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Qonaqkənd, Alpan, Alekseyevka və İqriq kəndlərində yüksək gərginlikli elektrik xətlərində enerjinin verilməsində məhdudiyyətlər olub.

Hazırda İqriq kəndində problemin aradan qaldırılması işləri aparılır, digər xətlərdə problemlər aradan qaldırılıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<