SON DƏQİQƏ
» » Başına daş plitə düşən yeniyetmə ilə bağlı RƏSMİ MƏLUMAT

Başına daş plitə düşən yeniyetmə ilə bağlı RƏSMİ MƏLUMAT

Tarix:

7-05-2021, 10:41

/ 3 525 dəfə oxundu.
Başına daş plitə düşən yeniyetmə ilə bağlı RƏSMİ MƏLUMAT

Bakıda 15 yaşlı şəxsin başına daş parçasının düşməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə GünAz.az -a Səbail Rayon Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, aprelin 30-da 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə paytaxtın Səbail rayonu ərazisində binanın fasadından daş parçasının düşməsi nəticəsində mayın 5-də onun müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat etməsi faktı ilə bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ