SON DƏQİQƏ
» » 24 yaşlı fəhlənin ölümü ilə bağlı RƏSMİ MƏLUMAT

24 yaşlı fəhlənin ölümü ilə bağlı RƏSMİ MƏLUMAT

Tarix:

26-04-2021, 11:59

/ 3 863 dəfə oxundu.
24 yaşlı fəhlənin ölümü ilə bağlı RƏSMİ MƏLUMAT

Abşeron rayon prokurorluğu Bakıda fəhlənin çoxmərtəbəli binadan yıxılaraq ölməsi faktı ilə bağlı məlumat yayıb.

GünAz.az həmin məlumatı təqdim edir:

 

"Aprelin 25-də saat 08 radələrində Abşeron rayonu ərazisində inşaatı aparılan hündürmərtəbəli binada fəhlənin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, Bakı-Sumqayıt yolunun 17-ci km-də tikilməkdə olan çoxmərtəbəli binada tikinti işlərinə cəlb olunmuş 1997-ci il təvəllüdlü Quliyev Niyamməddin Nizaməddin oğlu binanın 14-cü mərtəbəsindən yıxılmış və hadisə yerində ölüb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir”.


 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ