SON DƏQİQƏ
» » Baş redaktorun ölümü ilə bağlı cinayət işi açıldı

Baş redaktorun ölümü ilə bağlı cinayət işi açıldı

Tarix:

2-03-2018, 18:08

/ 10 316 dəfə oxundu.
Baş redaktorun ölümü ilə bağlı cinayət işi açıldı

Tanınmış jurnalist və hüquqşünas, "Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərimovun ölümü ilə bağlı cinayət işi açılıb. 

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, Ə.Kərimov bu gün paytaxtın Nəriman Nərimanov rayonunda dəm qazından boğularaq dünyasını dəyişib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ