SON DƏQİQƏ
» » Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı

Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı

Tarix:

21-02-2018, 16:50

/ 1 201 dəfə oxundu.
Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı

Bayıl yamacında baş verən sürüşmə ilə bağlı cinayət işi başlanılıb.

Gunaz.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bu barədə trend-ə bildirib.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, yanvarın 24-də Bayıl yamacında baş vermiş sürüşmə nəticəsində ərazidə olan 98 ev təhlükəli vəziyyətə düşüb, sakinlər ərazidən çıxarılaraq sığınacaqlara yerləşdiriliblər.

Hadisədən bir neçə gün sonra isə ərazidə 4 ev tam uçub, 2 ev isə yararsız vəziyyətə düşüb.

скачать dle 12.1

Şərhlər