SON DƏQİQƏ
» » Narkoloji Mərkəzdəki yanğınla bağlı CİNAYƏT İŞİ açıldı

Narkoloji Mərkəzdəki yanğınla bağlı CİNAYƏT İŞİ açıldı

Tarix:

2-03-2018, 17:30

/ 10 406 dəfə oxundu.
Narkoloji Mərkəzdəki yanğınla bağlı CİNAYƏT İŞİ açıldı

Baş Prokurorluq Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı cinayət işinin maddələrini açıqlayıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhgbəri Eldar Sultanovun Trend-ə verdiyi məlumata görə, faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizlik qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq - əməliyyat tədbirləri davam etdirilir.

Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub.

скачать dle 12.1

Şərhlər