SON DƏQİQƏ

Elina işi: Hökmdən apelyasiya şikayəti verildi

Tarix:

13-11-2019, 12:01

/ 551 dəfə oxundu.
Elina işi: Hökmdən apelyasiya şikayəti verildi

Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində olan hökmdən zərərçəkmiş tərəf apelyasiya şikayəti verib.

Bu barədə GunAz.az-a Elina Hacıyevanın ailəsinin nümayəndəsi Sevinc Əliyeva məlumat verib.

O bildirib ki, Səbail rayon Məhkəməsinin hökmündən Bakı Apelyasiya Məhkəməsinə şikayət veriblər.

Direktor Sevinc Abbasovanın vəkili Sadiq Bağırov isə GunAz.az-a bildirib ki, müvəkkili barəsində olan hökmdən bu gün apelyasiya şikayəti verəcəklər.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib.

Səbail rayon Məhkəməsinin hökmü ilə Sevinc Abbasova ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. S.Abbasovaya saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub. O, elektron qolbaq taxacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ