SON DƏQİQƏ

"50 qəpik" restoranında yanğın - Rəsmi

Tarix:

2-01-2021, 16:44

/ 4 768 dəfə oxundu.
"50 qəpik" restoranında yanğın - Rəsmi

Nərimanov rayonu, Keşlə bazarının yaxınlığında yanğın hadisəsi baş verib.

Real TV-nin hadisə yerində olan əməkdaşı bu barədə məlumat yayıb.

Yanğın Əliyar Əliyev küçəsində yerləşən "50 Qəpik” adlanan restoranda başlayıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində restoranda yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Nərimanov rayonundakı "50 qəpik" restoranında baş verən yanğın söndürülüb.

Hadisə nəticəsində restorana ciddi ziyan dəyib.

Belə ki, restoranın təndirlər olan hissəsi tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ