SON DƏQİQƏ

Şahdağ Milli Parkında yanğın başladı

Tarix:

19-10-2020, 19:10

/ 3 570 dəfə oxundu.
Şahdağ Milli Parkında yanğın başladı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonunun Xanəgah kəndində Şahdağ Milli Parkının ərazisində yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb edilib. İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır.

Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ