SON DƏQİQƏ

Növbəti köç karvanı Laçına çatdı

Tarix:

30-04-2024, 16:14

/ 3 220 dəfə oxundu.
Növbəti köç karvanı Laçına çatdı

Növbəti köç karvanı Laçın şəhərinə çatıb.
GunAz.az xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər, Zabux kəndinə isə 2 ailə - 4 nəfər köçürülür. Ağcabədi, Kürdəmir və Beyləqan rayonlarındakı 7 ailə (21 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət ediblər.
Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Laçın şəhərində cəmi 493 ailə (1 838 nəfər), Zabux kəndində isə cəmi 217 ailənin (823 nəfər) məskunlaşması təmin ediləcək.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ