SON DƏQİQƏ

Vyanada TERROR AKTI

Tarix:

3-11-2020, 08:14

/ 4 532 dəfə oxundu.
Vyanada TERROR AKTI

Vyana polisi gecə saatlarında törədilən terror aktında şübhəli bilinən şəxslərə qarşı əməliyyat həyata keçirir. 

Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. 

Bundan başqa Avstriya polisi altı müxtəlif məkana silahlı hücum edildiyini təsdiqləyib. 

Avstriya polisi Vyanada terror aktı törədən silahlılardan dördünü saxlayıb. 

Bununla bağlı Avstriya telekanalları məlumat yayıb. 

 

Bildirilir ki, terrorçular polisin Vyananın mərkəzindəki Qraben küçəsində keçirdiyi əməliyyat zamanı ələ keçib. Daha üç silahlının axtarışı isə davam etdirilir.

 

Qeyd edək ki, axşam saatlarında silahlı şəxslər eyni zamanda Vyanada altı məkana hücum ediblər. Hadisə nəticəsində iki nəfər ölüb, 14 nəfər yaralanıb. 

Polis silahlılardan birinin öldürüldüyünü deyib. Avstriyanın baş naziri Sebastian Kurts hadisəni terror aktı adlandırıb.

http://baku.tv/embed/27346


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ