SON DƏQİQƏ

DİN-dən əməliyyat: 24 nəfər saxlanıldı

Tarix:

18-12-2019, 11:58

/ 1 198 dəfə oxundu.
DİN-dən əməliyyat: 24 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi ötən gün ərzində cinayət faktları və hadisələr haqqında məlumat yayıb.

GunAz.az xəbər verir ki, erespublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 13 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

скачать dle 12.1

Şərhlər