SON DƏQİQƏ
» » Ağır yol qəzası: 23 ölü, 30 nəfər xəsarət alıb

Ağır yol qəzası: 23 ölü, 30 nəfər xəsarət alıb

Tarix:

2-10-2019, 08:46

/ 1 890 dəfə oxundu.
Ağır yol qəzası:  23 ölü,  30 nəfər xəsarət alıb

Perunun cənubundakı Kispikançi əyalətində baş vermiş ağır yol qəzasında ölənlərin sayı 23 nəfərə çatıb. 

GunAz.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yerüstü Sərnişin və Yük Nəqliyyatına Nəzarət üzrə Xidməti bildirib.

Qeyd edilir ki, sərnişin avtobusunun hündürlükdən uçuruma aşması nəticəsində həmçinin daha 30 nəfər yaralanıb. 

"İdarənin hadisə yerində olan əməkdaşlarının sözlərinə görə, 23 nəfər ölüb. Bundan əlavə, polisin məlumatına görə, 30 nəfər xəsarət alıb", - deyə xidmətin xəbərində bildirilir.

Yaralılar yaxınlıqdakı, o cümlədən Kuskodakı xəstəxanalara çatdırılıb.  

Qeyd edək ki, sərnişin avtobusu Kispikançi əyalətində 100 metr yüksəklikdən aşıb. Qəzanın başvermə səbəbi hələ müəyyənləşdirilməyib. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ