SON DƏQİQƏ
» » Əfqanıstanda toy yasa döndü – 40 dinc sakin həlak oldu

Əfqanıstanda toy yasa döndü – 40 dinc sakin həlak oldu

Tarix:

23-09-2019, 16:19

/ 2 089 dəfə oxundu.
Əfqanıstanda toy yasa döndü – 40 dinc sakin həlak oldu

Əfqanıstanda hökumət qüvvələrinin aviazərbələri nəticəsində Hilmənd əyalətində toy şənlikləri zamanı ən azı 40 mülki şəxs həlak olub. Ölənlər arasında uşaqlar və qadınlar da var.

GunAz.az xəbər verir ki, bu barədə “1TV” telekanalı əyalət şurasının nümayəndəsi Əbdül Məcid Axundzadəyə istinadən məlumat verib.

Hücumda 9 nəfərin yaralandığı da qeyd olunur.

Səlahiyyətli şəxslər, həmçinin, müxtəlif məlumatlara əsasən hava zərbələri nəticəsində “Taliban” radikal hərəkatının 14-22 üzvünün məhv edildiyini bildirirlər.

Dah öncə Əfqanıstanda baş verən partlayış nəticəsində 7 nəfərin öldüyü, 85 nəfərin yaralandığı bildirilirdi.

 

скачать dle 12.1

Şərhlər