SON DƏQİQƏ
» » Keçmiş məmurun intiharının ilginc səbəbi üzə çıxdı

Keçmiş məmurun intiharının ilginc səbəbi üzə çıxdı

Tarix:

15-08-2019, 23:07

/ 1 264 dəfə oxundu.
Keçmiş məmurun intiharının ilginc səbəbi üzə çıxdı

Əvvəllər rayon İH başçısının müavini, rayon maliyyə şöbəsinin müdiri vəzifələrində işləmiş Canpolad Abbasov son zamanlar fərdi sahibkarlıq fəaliyyətilə məşğul olurmuş.

 
Qubada keçmiş məmur həyatına son qoyub.  1959-cu il təvəllüdlü Canpolad Şıxmurad oğlu Abbasov özünü yaşadığı evin həyətindəki yarımtiklidən sintetik iplə aşaraq intihar edib.
 
Hadisə dünən gecə radələrində baş verib. İlkin araşdırma zamanı mərhumun sərxoş halda öz həyatına son qoyduğu məlum olub. Həmçinin mərhumun oğlu Elvin Abbasovun 2014-cü ildə həyat yoldaşından rəsmi olaraq boşandığı da aydın olub. Mərhum isə bunu özünə dərd edib içkiyə qurşanıb.
Əvvəllər rayon İH başçısının müavini, rayon maliyyə şöbəsinin müdiri vəzifələrində işləmiş Canpolad Abbasov indi fərdi sahibkarlıq fəaliyyətilə məşğul olurdu.
Quba rayon prokurorluğu CM-nin 125-ci-özünü öldürmə həddinə çatdırmaq maddəsi ilə açılan cinayət işinin istintaqını davam etdirir.
скачать dle 12.1

Şərhlər