
Fransalı saç ustası Patrik Ales 88 yaşında dünyasını dəyişib.
GunAz.az xəbər verir ki, saç düzləşdirmə prosedurunu ("ukladka") ixtira edən ustanın əsl adı Hesus Qonsale olub. O, 1930-cu ildə İspaniyada anadan olub. 7 yaşından Fransada yaşayır.
Əvvəlcə Parisin gözəllik salonlarının birində kuryer işləyən Patrik 1964-cü ildə "ukladka" prosedurunu fikirləşib. Məhz onun bu kəşfi sayəsində qadınlar saçlarını fenlə qurutmağa və düzləşdirməyə başlayıblar.Qafqazinfo