SON DƏQİQƏ
» » Azərbaycanda 750 nəfər yol qəzalarında ölüb

Azərbaycanda 750 nəfər yol qəzalarında ölüb

Tarix:

5-06-2018, 08:20

/ 10 363 dəfə oxundu.
Azərbaycanda 750 nəfər yol qəzalarında ölüb

Ötən il Azərbaycanda yol nəqliyyatı hadisələrində 750 nəfər dünyasını dəyişib, 1 719 nəfər yaralanıb.

Trend-in məlumatına görə, ümumilikdə ötən illər ərzində yol nəqliyyatı hadisələrində dünyasını dəyişənlərin və yaralananların sayı azalıb.

Azərbaycanda 2013-cü ildə 1 164, 2014-cü ildə 1 124, 2015-ci ildə 894, 2016-cı ildə 759 nəfər avtomobil qəzalarında həlak olub.

Yaralıların sayına gəldikdə, 2013-cü ildə 2 948, 2014-cü ildə 2 676, 2015-ci ildə 2 265, 2016-cı ildə 2 003 nəfər qəzalarda xəsarət alıb.

Ümumilikdə ötən il 1 833 yol nəqliyyat hadisəsi baş verib ki, onun 938-i nəqliyyat vasitələri və piyadaların iştirakı ilə olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ