SON DƏQİQƏ
» » Bu azərbaycanlı məşhurlar yol qəzasında həlak olublar - Siyahı

Bu azərbaycanlı məşhurlar yol qəzasında həlak olublar - Siyahı

Tarix:

15-01-2018, 22:01

/ 1 451 dəfə oxundu.
Bu azərbaycanlı məşhurlar yol qəzasında həlak olublar - Siyahı

Aşağıda adları qeyd edilən azərbaycanlı məşhurlar yol qəzasında həlak olublar.

Gunaz.az Enter.news-a istinadən avtomobil qəzası nəticəsində dünyasını dəyişən azərbaycanlı məşhurların siyahısını təqdim edir:

Meyxana aləmində Bayram Kürdəxanı kimi tanınan meyxana ustası 22 avqust 2017-ci ildə avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Azərbaycanın tanınmış reperi Hüseyn Dərya 15 mart 2014-cü ildə avtomobil qəzasında ağır yaralanaraq, xəstəxanada dünyasını dəyişib.

"Yeni Ulduz – 2” musiqi müsabiqəsindən tanınan gənc ifaçı Rəcəb Musayev 9 yanvar 2011-ci ildə avtomobil qəzası keçirdib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, müğəninin həyatını xilas etmək mümkün olmayıb.

Müğənni Bayramova Samirə Afət qızı 24 yaşında, 26 sentyabr 2014-cü ildə avtomobil qəzasında ölüb.

"Çal-çağır” verilişində Böyükxanım obrazı ilə tanınan aktyor Ramiz Əliyev 2003-cü il avqustun 17-də avtomobil qəzası zamanı dünyasını dəyişib.

Müğənni Şəfa Hüseynova 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub.

скачать dle 12.1

Şərhlər