SON DƏQİQƏ

Qusarda köşk yandı - 1 nəfər ölü

Tarix:

8-03-2019, 09:36

/ 10 244 dəfə oxundu.
Qusarda köşk yandı - 1 nəfər ölü

Qusar rayonunda ölümlə nəticələnən yanğın faktı qeydə alınıb.

GunAz.az-a FHN-dən verilən məlumata görə, rayonda ümumi sahəsi 27 m² olan dəmir konstruksiyalardan ibarət köşkün şüşə-pambıq üzlüyü yanıb. Yanğının kəşfiyyatı zamanı köşkün içərisində 1977-ci il təvəllüdlü Seyidov Namiq Abdulla oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ