SON DƏQİQƏ

Ağsuda 2 otaqlı ev yandı: 1 ölü

Tarix:

13-09-2018, 09:54

/ 9 559 dəfə oxundu.
Ağsuda 2 otaqlı ev yandı: 1 ölü

Ağsu rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, ümumi sahəsi 30 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1974-cü il təvəllüdlü Mürsəlov Mübariz Möhtərəm oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ