SON DƏQİQƏ

İranda təbii fəlakət-ölən var

Tarix:

11-02-2019, 13:42

/ 10 299 dəfə oxundu.
İranda təbii fəlakət-ölən var

İranın 10 vilayətini daşqın, qar və çovğun cənginə alıb.

GunAz.az-ın məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyəti Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

M.Səliminin sözlərinə görə, İranın cənubunda Xuzistan vilayətində sel 1 avtomobili aparıb, sürücü həlak olub.

Təşkilat sədri əlavə edib ki, Yəzd, Mərkəzi, Mazandaran, Lorestan, Kirmanşah, Fars, Simnan, Xuzistan, Çahar-Mahal və Bəxtiyari və İlam vilayətlərində güclü daşqın, qar və çovğun var.

33 şəhər, kənd və dağlıq ərazidə zərərçəkənlərə yardım edilib. 240 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

скачать dle 12.1

Şərhlər