SON DƏQİQƏ
» » İranda güclü qar və çovğun - VƏZİYYƏT PİSDİR

İranda güclü qar və çovğun - VƏZİYYƏT PİSDİR

Tarix:

15-01-2019, 15:55

/ 10 267 dəfə oxundu.
İranda güclü qar və çovğun - VƏZİYYƏT PİSDİR

İranın 14 vilayətində güclü qar və çovğun baş verib. Dağlıq ərazilər və yollarda 1800 vətəndaşa köməklik göstərilib.

GunAz.az xəbər verir ki, bunu İranın Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

Onun sözlərinə görə, ötən 48 saat ərzində 14 vilayət - Həmədan, Mazandaran, Lorestan, Kürdüstan, Qəzvin, Simnan, Zəncan, Xuzistan, Çahar-Mahal və Bəxtiyari, Əlborz, İsfahan, Ərdəbil, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətində güclü qar yağıb və çovğunlar baş verib.

Səlimi əlavə edib ki, çoxlu sayda insan müvəqqəti məkanlarda yerləşdirilib. 275 avtomobil isə qardan çıxarılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ