SON DƏQİQƏ

İstanbulda 21 nəfər tüstüdən zəhərlənib

Tarix:

8-02-2019, 08:14

/ 10 244 dəfə oxundu.
İstanbulda 21 nəfər tüstüdən zəhərlənib

İstanbulun Bağcılar bölgəsinin Fatih məhəlləsində yerləşən beşmərtəbəli binanın girişindəki elektrik panelində partlayış baş verib.

GunAz.az bildirir ki, hadisə nəticəsində 15 uşaq olmaqla 21 nəfər tüstüdən zəhərlənib.

Partlayışdan sonra qısa müddətdə binanı tüstü bürüyüb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib. Zərərçəkənlər bölgədəki xəstəxanalara çatdırılıblar.

Bina sakinləri təxliyə olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ