SON DƏQİQƏ
» » Türkiyədə bina partladı: 10 nəfər yaralandı

Türkiyədə bina partladı: 10 nəfər yaralandı

Tarix:

22-02-2018, 07:27

/ 1 453 dəfə oxundu.
Türkiyədə bina partladı: 10 nəfər yaralandı

Türkiyənin Kırıkkale rayonunda 4 mərtəbəli binada partlayış baş verib.

Musavat.com-un məlumatına görə, partlayış nəticəsində 10 nəfər yaralanıb. Hadisə rayonun Kurtuluş məhəlləsində baş verib. Məlumata görə, qaz sızması nəticəsində baş verən partlayışdan sonra binanın iki mərtəbəsi və yaxınlıqdakı 7 avtomobil yararsız hala düşüb, ətrafdakı binalara ciddi ziyan dəyib. Hadisə yerinə çağırılan yanğınsöndürənlər partlayışdan sonra meydana gələn yanğını söndürüblər.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ