Türkiyədə bina partladı: 10 nəfər yaralandı
Türkiyənin Kırıkkale rayonunda 4 mərtəbəli binada partlayış baş verib.
Musavat.com-un məlumatına görə, partlayış nəticəsində 10 nəfər yaralanıb. Hadisə rayonun Kurtuluş məhəlləsində baş verib. Məlumata görə, qaz sızması nəticəsində baş verən partlayışdan sonra binanın iki mərtəbəsi və yaxınlıqdakı 7 avtomobil yararsız hala düşüb, ətrafdakı binalara ciddi ziyan dəyib. Hadisə yerinə çağırılan yanğınsöndürənlər partlayışdan sonra meydana gələn yanğını söndürüblər.
Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb. Onlardan ikisinin vəziyyəti ağırdır.