SON DƏQİQƏ
» » Bakıda imtahana gedən 15 yaşlı oğlan itkin düşdü - VİDEO

Bakıda imtahana gedən 15 yaşlı oğlan itkin düşdü - VİDEO

Tarix:

29-01-2019, 20:07

/ 10 559 dəfə oxundu.
Bakıda imtahana gedən 15 yaşlı oğlan itkin düşdü - VİDEO

Sınaq imtahanı vermək adı ilə evdən çıxan 10-cu sinif şagirdi itkin düşüb.

Paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsi Nizami küçəsi ev 11-də yaşayan, 187 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Araz Cəlilov yanvarın 27-də sınaq imtahanı vermək adı ilə evdən çıxaraq geri qayıtmayıb. 2 gün keçsə də hələ də Arazdan bir xəbər yoxdur.

Soradan məlum olub ki,15 yaşlı yeniyetmə heç sınaq imtahanına da girməyib.Atası Anar Cəlilovun sözlərinə görə,evdən çıxandan sonra axırıncı dəfə onu sinif yoldaşları müxtəlif ünvanlarda görüblər.

Araz Cəlilov evdən çıxarkən əynində qısa gödəkçə, cins şalvar və üstündə məktəbli çantası olub. Atasının sözlərinə görə, oğlanın mobil telefonu yoxdur. Ehtimal olunur ki, onun evdən çıxıb getməsinə səbəb dərslərini yaxşı hazırlaşmadığından atasının onu tənbeh etməsi olub.

Məktəblinin valideynləri hadisə ilə bağlı artıq polisə də müraciət ediblər.

скачать dle 12.1

Şərhlər