SON DƏQİQƏ
» » Kerç boğazındakı hadisədə Türkiyənin dörd vətəndaşı ölüb

Kerç boğazındakı hadisədə Türkiyənin dörd vətəndaşı ölüb

Tarix:

23-01-2019, 08:34

/ 10 221 dəfə oxundu.
Kerç boğazındakı hadisədə  Türkiyənin dörd vətəndaşı ölüb

Kerç boğazında baş verən yanğın zamanı Türkiyənin dörd vətəndaşı ölüb. GunAz.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Hadisə zamanı 16 nəfər Türkiyə vətəndaşından 8 nəfəri xilas edilib, daha 4 nəfər itkin düşüb.

Xatırladaq ki, Tanzaniya bayrağı altına üzən "Kandi" və "Maestro"gəmilərində yanğın baş verib. İlkin məlumata görə, hadisə yanacağın gəmilərin birindən digərinə ötürülməsi zamanı baş verib.

Hadisə zamanı hər iki gəmidə cəmi 32 nəfər olub. Onlardan 10-u ölüb, 10-u itkin düşüb, 12 nəfər isə xilas edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ