SON DƏQİQƏ

Komandanın cangüdəni ələ keçdi

Tarix:

3-01-2019, 08:14

/ 10 270 dəfə oxundu.
Komandanın cangüdəni ələ keçdi

Türkiyədə İŞİD-ə qarşı təşkil olunmuş əməliyyatda aralarında Fransa tərəfindən qırmızı və mavi bülletenlə axtarışa verilmiş iki qadın da olmaqla, 12 nəfər tutulub.

GunAz.az bildirir ki, şübhəlilərdən birinin İŞİD komandanının cangüdəni olduğu irəli sürülüb.

Bursa Polis Şöbəsi Türrorla Mübarizə Müdirliyi şübhəlilərdən bəzilərinin Suriyada İŞİD-in tərkibində fəaliyyət göstərdikdən sonra Bursada yerləşdiyini müəyyənləşdirib. Ünvanlar dəqiqləşdirildikdən sonra bir neçə yerə eyni vaxtda basqın təşkil edilib. Ümumilikdə, 12 ünvandan 12 şübhəli tutulub. Onlardan üçü qadındır.

Tutulan Fransa vətəndaşı iki qadının İnterpol tərəfindən qırmızı və mavi bülletenlə axtarıldıqları ortaya çıxıb. Bu qadınların üzərindən suriyalı olduqlarına dair saxta sənədlər aşkarlanıb.

Cangüdən olduğu bildirilən şəxs həbs edilib. Şübhəlilərdən beşi ölkədən deportasiya olunub. Digər altı nəfərin işi ədliyyəyə göndərilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ