SON DƏQİQƏ

Şəmkirdə qəza - ölən və yaralananlar var

Tarix:

27-12-2018, 23:35

/ 10 291 dəfə oxundu.
Şəmkirdə qəza - ölən və yaralananlar var

Şəmkir rayonunda 1 nəfərin ölümü və 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Rayonun Qədimqala kənd sakini, 17 yaşlı Binnət Mehman oğlu Qədimovun idarə etdiyi "Daimler Chrysler" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, sürücünün avtomobildəki həmyaşıdı, İsrafil Etibar oğlu Ələsgərli hadisə yerindəcə ölüb. Hadisə zamanı habelə sürücü və daha 2 nəfər - Qədimqala kənd sakinləri: 2001-ci il təvəllüdlü Minayə Minaxanova və 2001-ci il təvəllüdlü Göyçək Musazadə müxtəlif bədən xəsarətləri alıb. Hər 3 yaralı xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ