SON DƏQİQƏ
» » Koalisiya qaçqın kolonunu bombaladı – 26 ölü

Koalisiya qaçqın kolonunu bombaladı – 26 ölü

Tarix:

23-08-2018, 22:29

/ 10 222 dəfə oxundu.
Koalisiya qaçqın kolonunu bombaladı – 26 ölü

Yəməndə ərəb koalisiyasına məxsus qırıcıların qaçqın kolonunu vurması nəticəsində 26 dinc sakin həlak olub.

GunAz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda qiyamçı Husilərə aid “Al-Masir” telekanalı bildirib.

Qeyd edək ki, Yəməndə hökumət gücləri və husilər arasında qarşıdurma 2014-cü ildən davam edir. 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının müdaxiləsi ilə qarşıdurma aktiv mərhələyə keçib.

Vəziyyətin nizama salınması üzrə BMT-nin cəhdləri indiyə kimi müvəffəqiyyətlə nəticələnməyib.

скачать dle 12.1

Şərhlər