SON DƏQİQƏ

Qadının 2500 manat pulu oğurlandı

Tarix:

16-08-2018, 14:05

/ 10 246 dəfə oxundu.
Qadının 2500 manat pulu oğurlandı

Bakı-Sumqayıt avtobusunda cibgirlik faktı qeydə alınıb.

GunAz.az xəbər verir ki, Afaq Qasımovanın içərisində 600 manat, 1000 avro və sənədlər olan pul kisəsi oğurlanıb. Qadın oğurluq barədə marşrutdan düşdükdən sonra xəbər tutub. Baş vermiş cinayət hadisəsi ilə bağlı  Nəsimi RPİ-nə şikayət edən qadının ərizəsi aidiyyatı üzrə Yasamal RPİ-nə göndərilib. İlkin dindirmələr zamanı məlum olub ki, qadın valyutadəyişmə məntəqəsində pul dəyişdikdən sonra avtobusa minib və cinayət də elə bu zaman baş verib. 
Faktla bağlı Yasamal RPİ-nin İstintaq şöbəsində cinayət məcəlləsinin oğurluq maddəsiylə cinayət işi başlanıb.

скачать dle 12.1

Şərhlər