SON DƏQİQƏ

Qadının evindən külli miqdarda pul apardılar

Tarix:

6-08-2018, 15:14

/ 10 295 dəfə oxundu.
Qadının evindən külli miqdarda pul apardılar

Yasamal rayonu, Qızıl Şərq küçəsi ev 10-da külli miqdarda oğurluq faktı baş verib.

GunAz.az xəbər verir ki, Hacıyeva Gülsüm Oktay qızı polisə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər yaşadığı mənzildən 20 min manatlıq qızıl və 3900 ABŞ dolları oğurlayıb. Daxil olan ərizədən dərhal sonra əməliyyatçılar hadisə yerinə baxış keçirib, əl-barmaq izləri götürülüb. Sonra isə zərərçəkənin izahatı alınması üçün İstintaq Şöbəsinə dəvət olunub. G.Hazıyeva ilkin izahatı zamanı bildirib ki, 2-3 günlük rayona qonaq gediblər, cinayət də elə bu zaman baş verib.

Faktla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

скачать dle 12.1

Şərhlər