SON DƏQİQƏ

Mənzildən 7000 manatlıq qızıl oğurladılar

Tarix:

8-05-2018, 12:30

/ 10 378 dəfə oxundu.
Mənzildən 7000 manatlıq qızıl oğurladılar

Xətai rayonu, Seyid Əzim Şirvani küçəsində yaşayan şəxsin evindən oğurluq olub.

Gunaz.az xəbər verir ki, Sənan Qəmbərli Xətai RPİ-nin 34-cü polis bölməsinə şikayət edərək bildirib ki, evindən 7000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Zərərçəkənin sözlərinə görə, naməlum oğru və ya oğrular evdə heç kimin olmamasından istifadə edərək mənzilə pəncərəni sındırmaq yolu ilə daxil olublar və qızıllarını aparıblar. 

Faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb, başlanılan istintaq-əməliyyat tədbirləri davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ