SON DƏQİQƏ

Mağazada oğurluq hadisəsi baş verib

Tarix:

22-02-2018, 10:55

/ 861 dəfə oxundu.
Mağazada oğurluq hadisəsi baş verib

Ötən gün Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən ərzaq mağazası yarılıb.

Gunaz.az -a verilən məlumata görə, naməlum oğrular mağazaya daxil olaraq “MilliÖn” ödəmə sistemini sındıraraq oradan 1500 manat pul, mağazanın kassasından isə 200 manat pul və 530 manat dəyərində tütün məmulatlarını götürərək aradan çıxıblar. 

Səhər işə gələn mağaza sahibi içərinin talan olduğunu görərək ərazi üzrə 40-cı Polis Bölməsinə müraciət edib. Dərhal hadisə yerinə polis bölməsinin əməliyyatçıları gəlib və lazımı əl-barmaq izləri götürülüb. Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ