SON DƏQİQƏ
» » Silsilə oğurluq edən yeniyetmələr saxlanıldı

Silsilə oğurluq edən yeniyetmələr saxlanıldı

Tarix:

8-02-2018, 12:26

/ 949 dəfə oxundu.
Silsilə oğurluq edən yeniyetmələr saxlanıldı

Bakıda silsilə oğurluqlar törədən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gunaz.az -a verilən məlumata görə, fevralın 7-də gecə saatlarında Bakıxanov qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
      

İdarənin xidmətdə olan əməkdaşlarının obyektə baxışı zamanı mağazanın qapısının naməlum şəxslər tərəfindən sındırıldığı və oğurluğa cəhd olunduğu müəyyənləşib.  Həmin cinayəti törətməkdə şübhəli bilinən, aralarında qız da olan 4 nəfərdən ibarət dəstə hadisə yerindən qaçmaq istəyərkən saxlanılaraq 13-cü Polis Bölməsinə təhvil verilib.
      

Bölmədə şəxsiyyətləri dəqiqləşdirilən zaman onların heç birinin yetkinlik yaşına çatmadığı müəyyənləşib. Araşdırma zamanı bu şəxslərin Sabunçu, eləcə də paytaxtın digər rayonlarında silsilə oğurluq cinayətləri törətdikləri məlum olub. Onların qrup halında yanvarın 14-də Sabunçu rayonunda yerləşən bir aptekdən 499 manat, eləcə də yanvarın 25-də Bakıxanov qəsəbəsində yerləşən marketdən pul və tütün məmulatları oğurladıqları məlum olub. Həmçinin bu şəxslər Yasamal, Nərimanov və Binəqədi rayonlarında yerləşən bir neçə market və aptekdən oğurluq etdiklərini etiraf ediblər.
       

Qeyd edək ki, saxlanılan şəxslərin Sabunçu rayonda etdikləri oğurluqlar həmin obyektlərin təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.     
       

Saxlanılan şəxslər barəsində toplanan materiallar prosessual qərar qəbul edilməsi və araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ