SON DƏQİQƏ
» » Məşhur velosiped oğrusu yenə həbs edildi — SƏBƏB

Məşhur velosiped oğrusu yenə həbs edildi — SƏBƏB

Tarix:

30-04-2018, 11:32

/ 10 256 dəfə oxundu.
Məşhur velosiped oğrusu yenə həbs edildi — SƏBƏB

Binəqədi rayonunda növbəti oğurluq faktı qeydə alınıb.

Gunaz.az xəbər verir ki, H. Babaşova küçəsində yaşayan Ülviyyə Hüseynovanın evinə naməlum oğrular girərək  700 manat dəyərində saatını oğurlayıblar, evdə olan dəmir seyfi isə yararsız hala salıblar.

Baş vermiş cinayətlə bağlı zərərçəkən qadın Binəqədi polisinə şikayət edib. İsti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəində 3 nəfərdən ibarət dəstə üzvləri- Rəşid Əzimzadə, Zaur Süleykin və İlkin Salayev saxlanılaraq istintaq şöbəsinə təhvil veriliblər. 

Faktla bağlı hər 3 şəxsə qarşı cinayət məcəlləsinin oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb. 

Qeyd edək ki, saxlanılan şəxslər əvvəllər eyni cinayət törətdikləri üçün məhkumluq həyatı yaşayıblar. Saxlanılan Z.Süleykin isə məşhur velosiped oğrusu kimi ad çıxardıb.

скачать dle 12.1

Şərhlər