Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb.
GunAz.az xəbər verir ki,Binəqədi qəsəbəsində Məhərrəm Məmmədova məxsus mağazadan seyfi aparıblar. Məlum olub ki, seyfdə 700 manat pul olub. Zərərçəkən 4-cü Polis Bölməsinə yazdığı şikayət ərizəsində göstərib ki, naməlum oğrular mağazanın damından içəri daxil olublar və çox ehtimal ki, elə onu tanıyan adamlardır.
Faktla bağlı Binəqədi RPİ-nin 4-cü Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb.