![Sabunçuda FACİƏ: Qardaşı qızının üstündən “QAZel”lə keçdi](/uploads/posts/2018-06/1529918952_korpe_masin.jpg)
Bakı sakini 1 yaşlı qardaşı qızını maşınla vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gunaz.Az-a verilən məlumata görə, iyunun 23-də saat 12 radələrində Sabunçu qəsəbəsi ərazisində qəsəbə sakini Anar Hüseynov “QAZel” markalı avtomobillə qardaşının qızı – 1 yaşlı Məryəm Hüseynovanı vurub.
Nəticədə xəsarət alaraq xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.