SON DƏQİQƏ

Goranboyda maşın aşdı: xəsarət alanlar var

Tarix:

24-06-2018, 14:29

/ 10 253 dəfə oxundu.
Goranboyda maşın aşdı: xəsarət alanlar var

Bu gün Bakı-Qazax magistralının Goranboy rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində qəza olub.

Gunaz.Az-ın APA-ya istinadən məlumatına görə, "KIA Sportage" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı 2 qadın bədən xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, xəsarət alanlar ana və qızıdır. Onlardan biri sürücü olub.

Faktla bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər